Geri qayıt Çap et

The Jerusalem Post: ABŞ bu gecə İrana hücum edə bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, İsrail İrana zərbə endirmək üçün imkan axtarmaqda davam edir və belə bir hücum onsuz da qeyri-sabit olan regionu daha da sabitlikdən çıxara bilər.

Türkiyənin NTV telekanalına müsahibəsində Fidan bildirib ki, bütün əlamətlər İsrailin Tehrana qarşı hərbi əməliyyatlara başlamaq niyyətini saxladığını göstərir.

“Ümid edirəm ki, onlar başqa yol tapacaqlar, lakin reallıq ondan ibarətdir ki, xüsusilə İsrail İrana zərbə endirmək üçün imkan axtarır”, — deyə Fidan bildirib.

Qeyd edək ki, bir sıra aviaşirkətlər bu həftəsonu İsrailə uçuşları ləğv edir. Xüsusilə, Niderlandın KLM aviaşirkəti Təl-Əvivə uçuşlarını ləğv edib, Fransa aviaşirkəti Dubaya gəlməli olan iki reysi ləğv edib, British Airways isə Dubaya axşam reysini dayandırıb. Bildirilir ki, Təl-Əviv göyərtəsində yüzlərlə sərnişin olan dörd təyyarənin enişinə icazə vermir. Hazırda təyyarələr kütləvi şəkildə İsrailin hava məkanını tərk edir.

The Jerusalem Post yazır ki, ABŞ bu gecə İrana hücum edə bilər. ABŞ Hərbi Dəniz Qüvvələrinin atom aviadaşıyıcısı USS Abraham Lincolnin rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu Malakka boğazına daxil olub və Yaxın Şərqə doğru hərəkət edir.

Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri isə Yaxın Şərqə tam bir qırıcı eskadrilya göndərir.

DenMedia.az