Geri qayıt Çap et

Vaşinqtonun təzyiq iddiası boşa çıxdı: Ərdoğan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Venesuela lideri Nicolas Maduroya Ankaraya köçməyi təklif etməsi barədə yayılan məlumatları təkzib edib.

 Bu barədə “Turkish Minute” məlumat yayıb.

“Belə bir şey olmayıb. Biz bu cür heç bir məlumat almamışıq”, — deyə Ərdoğan vurğulayıb.
O, məsələ ilə bağlı əlavə şərh verməyib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Trumpin administrasiyası dekabrın 23-də Maduronu hakimiyyətdən getməyə və Türkiyəyə köçməyə razılaşmağa çağırıb. Maduro bu tələbi rədd edib. Bundan sonra Trampın dekabrın 25-də güc tətbiqi ilə bağlı əməliyyatı təsdiqlədiyi qeyd olunur.

Denmedia.az