Geri qayıt Çap et

Yer Günəşə maksimum yaxınlaşır: alimlər havadan danışdı

Bu il yanvarın 3-də baş verəcək Yer və Günəşin maksimal yaxınlaşması hava şəraitinə təsir göstərməyəcək.

Bu barədə TASS agentliyinə Moskva Planetariyinin mətbuat xidməti məlumat verib.

Astronomların sözlərinə görə, fəsillərin dəyişməsi Günəşə olan məsafə ilə deyil, Yer oxunun orbit müstəvisinə meyilliyi ilə bağlıdır.

Məlumatda qeyd olunur:

“Yer üzərində fəsillərin dəyişməsi planetlə Günəş arasındakı məsafədən asılı deyil. Fəsillərə təsir edən əsas amil Yer oxunun orbit müstəvisinə olan meyilliyidir. Əslində Yer Günəşə ən çox qışda yaxınlaşır, ən uzaq məsafə isə yayda qeydə alınır.”

Bildirilir ki, 3 yanvar tarixində Yer öz orbitində Günəşə ən yaxın nöqtəyə — perihelə çatacaq. Bu zaman Yer ilə Günəş arasındakı məsafə minimum 147 099 586 kilometr olacaq. Məhz buna görə də həmin gün Günəşin görünən diametri ilin ən böyük göstəricisinə malik olacaq.

DenMedia.az