Geri qayıt Çap et

Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda “Cırtdan” meqa-şousu keçirildi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Cırtdan” adlı meqa-şou təşkil olunub.

“Cırtdan: Zaman səyahəti” adlı səhnə əsəri Bakı Konqres Mərkəzinin səhnəsində təqdim edilib. İlk nümayişi 17 uşaq müəssisəsindən — uşaq evləri, internatlar və xüsusi məktəb-internatlardan olan 948 uşaq izləyib.

Tədbir çərçivəsində IDEA könüllüləri tərəfindən uşaqlara hədiyyələr təqdim olunub. Layihə uşaqların sosial inteqrasiyasına dəstək və onların asudə vaxtının mənalı təşkili məqsədi daşıyıb.

DenMedia.az