Geri qayıt Çap et

Trampın qərarı qüvvədədir: Venesueladan çıxan tankerlərə tam blokada

ABŞ ordusu Venesueladan çıxan bütün neft tankerlərini saxlayacaq. Bu barədə Pentaqonun rəhbəri Pit Heqset “X” sosial şəbəkəsində paylaşım edərək bildirib.

Onun sözlərinə görə, bu tədbirlər Cənubi Amerika ölkəsinin rəhbəri Nikolas Maduro ABŞ-a məxsus oğurlanmış bütün aktivləri geri qaytarmayana qədər davam edəcək.

Heqset qeyd edib:

“Prezident Tramp açıq şəkildə bəyan edib: sanksiyalara məruz qalan neft daşıyan və Venesueladan çıxan və ya ora istiqamətlənən tankerlərə qarşı blokada, Maduronun cinayətkar quruluşu oğurlanmış bütün Amerika aktivlərini geri qaytarmayana qədər tam qüvvədə qalacaq.”

DenMedia.az