Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinin açılması və iki ölkə arasında ikitərəfli ticarətin başlanması üçün şərait yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Denmedia.az xəbər verir ki, Paşinyan bu təşəkkürünü hazırda Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında ifadə edib.
“Mən Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinin açılması qərarına və ikitərəfli ticarətin başlaması üçün şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm”. Globalinfo.az