Geri qayıt Çap et

DTX Əli Kərimlinin yaxın adamını saxladı – evində axtarış aparıldı

AXCP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Təzəxan Mirələmlinin evində DTX tərəfindən axtarış aparılıb.

Denmedia.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib.

Onun sözlərinə görə, axtarışdan sonra Təzəxan Mirələmliyə məxsus kompüter və telefon  DTX  əməkdaşları tərəfindən müsadirə edilib.

Məlumata görə, Mirələmli Əli Kərimlinin məhkəməsinə gedərkən saxlanılıb. Sonradan onun  DTX-yə aparıldığı məlum olub.Globalinfo.az