Geri qayıt Çap et

Ramiz Mehdiyevin oğlu vəzifəsindən azad edildi

General-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

“DenMedia.az” Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.

Xatırladaq ki, 50 yaşlı T.Mehdiyev 2014-cü ildən sözügedən vəzifəni icra edirdi.