Geri qayıt Çap et

Makronun sammit mesajı gündəmdə – sərt çıxışı rezonans doğurdu

“Fransa tam şəkildə Ukraynanı dəstəkləyir”.

Denmedia.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Alyaskada keçirilən Rusiya-ABŞ sammitindən sonra sosial media hesabında paylaşım edib.

Prezident Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini vurğulayıb:

“Ədalətli sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə və Rusiyaya təzyiq göstərməyə davam etmək son dərəcə vacibdir”.

O, həmçinin ABŞ administrasiyasının münaqişənin həlli istiqamətində göstərdiyi səyləri alqışlayıb.