Geri qayıt Çap et

İlham Əliyev Stiv Uitkoff ilə görüşdü – FOTOLAR

Avqustun 7-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ  Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub.

Denmedia.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov  və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Sonra dövlətimizin başçısı İlham Əliyev  ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub.