Geri qayıt Çap et

Kollecə qəbul ola bilməyənlərə YENİ ŞANS – İxtisas seçimi başlayır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.

İxtisas seçimi sentyabrın 23-dən 27-dək aparılacaq.

Denmedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, boş qalan yerlər üzrə müsabiqədə iştirak etmək üçün ümumi balı 50-dən, tədris dili (Azərbaycan və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər ixtisas seçiminə buraxılacaqlar.

Xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində isə ümumi balı 40-dan az olmayan və müvafiq komissiyanın keçirdiyi qabiliyyət imtahanından “məqbul” qiymət alan abituriyentlər iştirak edə biləcəklər.

Bu ixtisaslar üzrə ayrı-ayrı fənlərə dair bal məhdudiyyəti tətbiq olunmur.