Azərbaycanda bu gün – 15 sentyabr Bilik Günü qeyd olunur.
Bu gün ölkənin bütün ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili başlayır.
Yeni tədris ilində Azərbaycanda 2,2 milyon şagird təhsil alacaq. Onlardan 130 mindən çoxu ilk dəfə məktəbə qədəm qoyaraq birinci sinfə başlayacaq.
Bu il ölkənin ali təhsil müəssisələrinə bütün təhsil pillələri üzrə ümumilikdə 75 min tələbə qəbul olunub.
Elm və Təhsil Nazirliyinin 2026/2027-ci tədris ilinin təşkili ilə bağlı müvafiq əmrinə əsasən, ümumi təhsil müəssisələrinin 2–11-ci siniflərində yeni tədris ilinin ilk dərsi “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.
Beləliklə, bu gündən etibarən ölkə üzrə milyonlarla şagird və tələbə üçün yeni tədris ili başlayır.