Geri qayıt Çap et

Müəllimlər ikinci dəfə sertifikasiyaya cəlb olunacaq

Yaxın vaxtlarda ikinci dəfə sertifikasiyaya cəlb ediləcək müəllimlərin qiymətləndirmə çərçivəsi hazırlanacaq.

Denmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ibtidai təhsil üzrə "Oxu" fənninə üstünlük veriləcək.

Nazir qeyd edib ki, zaman keçdikcə müəllimlər qarşısında qoyulan tələblər də artacaq:

“Əgər biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik”.

O əlavə edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsində müəllimlərin qiymətləndirilməsi ilə yanaşı, əməkhaqqı yanaşmaları ilə bağlı da müəyyən müzakirələr aparılır.