Geri qayıt Çap et

500-dən çox bal topladılar, amma universitetə qəbul ola bilmədilər

Bu il qəbul imtahanlarında 500-dən çox bal toplayan 116 abituriyent Azərbaycanın ali təhsil müəssisələrinə qəbul ola bilməyib.

Bu barədə “Abituriyent” jurnalının 7-ci buraxılışında məlumat verilib.

IV ixtisas qrupu üzrə 500–600 bal toplayan 686 abituriyentdən 70-i ali məktəbə qəbul ola bilməyib.

Eyni qrup üzrə 600–700 bal intervalında nəticə göstərən 50 nəfərdən 28-i tələbə adını qazana bilməyib.

III ixtisas qrupunda isə 500–600 bal toplayan 44 abituriyentdən 8-i ali təhsil müəssisəsinə qəbul olmayıb.

Beləliklə, göstərilən qruplar üzrə 500 baldan yüksək nəticə əldə etməsinə baxmayaraq, ümumilikdə 116 abituriyent universitetdən kənarda qalıb.

Denmedia.az