Geri qayıt Çap et

Məktəb direktorları olmaq istəyənlərə: elektron qeydiyyat başladı

Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən namizədlər üçün elektron qeydiyyat başlayıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Elektron ərizələrin qəbulu 18 avqust saat 11:00-dan 21 avqust saat 17:00-dək davam edəcək.

Namizədlər miq.edu.az/direktor elektron portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

DenMedia.az