Geri qayıt Çap et

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir.

Denmedia.az report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.