Geri qayıt Çap et

Bu il Azərbaycanda 116 550 şagird məzun oldu

Azərbaycanda cari tədris ilində 116 550 şagird 11-ci sinfi bitirib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 2024/2025-ci tədris ilində tam orta təhsil alan məzunların sayı 116 222 nəfər təşkil edib. Məlumata görə, məzunların 55 954 nəfəri qız, 60 596 nəfəri oğlandır.

Bildirilib ki, bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən 25 məktəbdən 11-də ilk dəfə “Son zəng” tədbiri keçiriləcək. Həmin təhsil müəssisələrində 171 şagird məktəbi bitirəcək.

DenMedia.az