Geri qayıt Çap et

“Son zəng” bu il daha erkən keçiriləcək

Bu il Azərbaycandakı bütün dövlət ümumtəhsil müəssisələrində “Son zəng” tədbiri 13 iyun tarixində keçiriləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təhsil müəssisələrinə “Son zəng” tədbirinin təşkili qaydalarını tənzimləyən müvafiq təlimatlar göndərilib.

Həmin təlimatlara uyğun olaraq, şagirdlər, müəllimlər və valideynlərlə tədbirin təşkili ilə bağlı maarifləndirici və izahat xarakterli söhbətlər aparılır.

DenMedia.az