Geri qayıt Çap et

Hazırlıq qrupları üçün yeni qərar

Aprelin 13-dən saat 18:00-dan etibarən hazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbuluna hazırlıq çərçivəsində şagird köçürülməsi prosesi dayandırılacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, fevralın 25-dən 2025–2026-cı tədris ilinin ikinci yarımili üçün şagirdlərin elektron köçürülməsi prosesi aktiv edilib. Bu proses hazırlıq qruplarını, həmçinin I–VIII və X sinif şagirdlərini əhatə edir.

Köçürülmə sy.edu.az. elektron sistemi vasitəsilə həyata keçirilir.

DenMedia.az