Geri qayıt Çap et

Azərbaycan universiteti TOP 100-də təmsil olundu

İlk dəfə olaraq Azərbaycanın 7 universiteti QS World University Rankings by Subject 2026 siyahısında 22 təhsil proqramı ilə təmsil olunub.

Beləliklə, ölkə üzrə universitetlərin sayı demək olar ki, 2 dəfə, proqramların sayı isə 4 dəfə artıb.

Azərbaycan artıq regionda fərqlənir — Qafqazda bu reytinqdə təmsil olunan yeganə ölkədir.

Reytinqdə Bakı Dövlət Universiteti ilk 100-lükdə yer alaraq xüsusi nəticə göstərib.

Eyni zamanda, bu il Azərbaycan universitetlərinin mövqe artımı Türkiyə, Qazaxıstan və Özbəkistandan daha yüksək olub.

Reytinqdə ciddi irəliləyiş göstərən universitetlər:

  • Bakı Dövlət Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Dillər Universiteti

Üç universitet nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb — dinamika diqqət çəkir.

Bundan əlavə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti reytinqə geri qayıdıb.

İlk dəfə siyahıya daxil olan universitetlər:

  • Bakı Mühəndislik Universiteti
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Azərbaycan Texniki Universiteti

QS reytinqi dünya üzrə 1900 universitetin 21 mindən çox proqramını əhatə edir və 55 ixtisas sahəsi üzrə qiymətləndirmə aparır.

Qiymətləndirmə 5 əsas meyar üzrə həyata keçirilir:

  • akademik nüfuz
  • işəgötürənlər arasında reputasiya
  • bir məqaləyə düşən istinad sayı
  • H-index
  • beynəlxalq elmi əməkdaşlıq göstəricisi

DenMedia.az