21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Təcrübə mübadiləsi” layihəsi çərçivəsində Sumqayıt şəhər V. İbrahim adına 35 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Nigar Vəliyevanın 3e sinfində Azərbaycan dili fənni üzrə “Ana dili – səsimdir” mövzusunda nümunəvi dərsi təşkil olunub.
Beynəlxalq bayram ərəfəsində təhsil prosesində müasir metodikaların tətbiqi və pedaqoji innovasiyaların paylaşılması məqsədilə keçirilən bu dərsdə Abşeron–Xızı Regional Təhsil İdarəsinin aparıcı metodistləri, regionun digər məktəblərindən dəvət olunmuş müəllimlər, məktəb rəhbərliyi və müəllim kollektivi iştirak ediblər.
Nigar Vəliyeva dərs zamanı şagirdlərin fəallığını artırmaq üçün interaktiv təlim üsullarından və müasir resurslardan istifadə edərək ana dilimizin zənginliyini, onun mənəvi dəyərini və xalqımızın özünüifadə vasitəsi kimi önəmini yüksək peşəkarlıqla nümayiş etdirib. Qonaqlar tərəfindən dərsin quruluşu, materialın çatdırılma metodikası və şagirdlərin mövzuya marağı yüksək qiymətləndirilib.
Yekunda vurğulanıb ki, bu formatda keçirilən tədbirlər təcrübə mübadiləsinin gücləndirilməsinə, gələcək dərslərin daha səmərəli planlaşdırılmasına və pedaqoji inkişafın davamlı şəkildə dəstəklənməsinə xidmət edir.












Ellada Rəsul
Denmedia.az