Geri qayıt Çap et

Azərbaycan Suriyada məktəblərin Bərpasına Dəstək Verəcək

Azərbaycan Suriya Ərəb Respublikasında dağıdılmış və zədələnmiş məktəblərin tikintisi və bərpasına dəstək göstərəcək.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Fevralın 17-də Rabatda ICESCO-nun mənzil-qərargahında Azərbaycan Elm və Təhsil Nazirliyi, Suriya Təhsil Nazirliyi və ICESCO arasında Suriyanın təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq sazişi imzalanıb.

Sənədə əsasən, təxminən 10 yeni məktəbin tikintisi və 100-ə yaxın zədələnmiş təhsil müəssisəsinin əsaslı təmiri nəzərdə tutulur.

Nazir Emin Əmrullayev bildirib ki, təşəbbüs Suriyada uşaqlar və gənclər üçün təhlükəsiz və müasir təhsil mühitinin yaradılmasına yönəlib. ICESCO-da isə qeyd olunub ki, saziş ölkənin bərpasına və islam dünyasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

DenMedia.az