Geri qayıt Çap et

Cəlilabadda müəmmalı dərs günü: Yol açıq, amma məktəb bağlı-Valideyn ŞİKAYƏTİ

Cəlilabadın Sərxanlı kənd sakini Nəsirov Teymur İsgəndər oğlu 12 fevral 2026-cı il tarixində səhər saatlarında beş övladını məktəbə yola salıb. Lakin uşaqlar qısa müddət sonra evə geri qayıdıblar. Səbəbi soruşduqda isə bildiriblər ki, məktəbdə müəllim olmayıb və dərs keçirilməyib.
Bu barədə Denmedia.az-a valideyn Teymur Nəsirov deyib.
                                                      FOTO-Teymur Nəsirov 
Valideyn məsələni aydınlaşdırmaq üçün məktəb rəhbərliyi ilə əlaqə saxlayıb. Ona məktəbə gediş-gəlişin mümkün olmadığı və bu səbəbdən dərslərin təxirə salındığı bildirilib. Teymur Nəsirov isə yolun açıq olduğunu və hərəkət üçün heç bir maneənin olmadığını qeyd edib. Onun iddiasına görə, yolun bağlı olduğunu bildirən direktor səlahiyyətlərini icra edən şəxs həmin gün rayon mərkəzində olduğunu deyib.
Qeyd edək ki, 12 fevral tarixində dərslərin təxirə salınması ilə bağlı müvafiq dövlət qurumu tərəfindən hər hansı bir rəsmi qərar qəbul edilməyib.
Rəhman Məlikov
Denmedia.az