2025-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib.
Bu barədə Denmedia.az-a MÜTDA-dan məlumat verilib.
Belə ki, ötən ilin 17–18 iyul tarixlərində təşkil olunan müsahibə mərhələsində ümumilikdə 389 nəfər namizəd iştirak edib. Namizədlər müsabiqə qaydaları ilə müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və nəticə etibarilə 131 nəfərin direktor vəzifəsinə təyin olunması ilə bağlı müsbət rəy verilib.
Bildirilib ki, müsahibə mərhələsində iştirak edən bütün namizədlərin şəxsi kabinetlərinə nəticələrlə bağlı rəsmi məlumat göndərilib.
Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsabiqə təhsil müəssisələrinin idarəetməsində peşəkarlığın və şəffaflığın artırılması məqsədi daşıyır və bu proses mərhələli şəkildə həyata keçirilir.
Nizami Rəsulov
Denmedia.az