Geri qayıt Çap et

Tərbiyəçi-müəllimlər üçün ixtisasartırma təlimləri keçirilir-FOTOLAR

Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün təşkil olunmuş təlimlər davam edir.
DenMedia.az  xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərə ixtisasartırma təlimləri keçirilir.
4 gün keçirilməsi nəzərdə tutulan təlimlərin məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşmalar və strategiyalarla tanış etməkdən ibarətdir.
Nəzəri və praktik hissədən ibarət təlimlər məktəbəqədər təhsildə uşaq hüquqları, təhsilverənlərin hüquq və vəzifələri, inklüzivlik, pedaqoji etika, məktəbəqədər təhsilin proqramı (kurikulumu) və s. kimi mövzuları əhatə edir. Təlim müddəti ərzində tərbiyəçi-müəllimlər proqram mövzularına uyğun olaraq fərdi və qrup işləri üzərində çalışırlar. Sonda onları maraqlandıran suallar cavablandırılır.

Şahnaz  Əliyeva
DenMedia.az