Geri qayıt Çap et

Dərs saatı az olan müəllimlər üçün yeni fürsət-Bunu etsələr...

Dərs saatı az olan müəllimlər üçün yeni fürsət yaradılıb.

DenMedia.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində və Qarabağ və Şərqi Zəngəzur RTİ-nin Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərində çalışan, dərs saatı az olan müəllimlər tədris ili ərzində yaranan vakant dərs saatlarını əvəzçilik qaydasında tədris etmək üçün bu hiperlinkdə 7 sentyabr saat 23:00-dək qeydiyyatdan keçə bilərlər: 
https://forms.office.com/r/Hzwj4AgdkQ
Qeydiyyatdan keçmiş müəllimlər tədris ili ərzində yaranmış vakansiyalar üzrə əvəzçilik qaydasında dərs saatı ilə təmin ediləcəkdir.

Ellada Rəsul

DenMedia.az