Geri qayıt Çap et

Qəzzaya hava zərbəsi – HƏMAS komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) HƏMAS-ın hərbi qanadının yüksəkvəzifəli üzvünün öldürüldüyünü açıqlayıb.

Bu barədə ordunun mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı əlavə təfərrüatlar daha sonra açıqlanacaq.

“Reuters” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, HƏMAS komandiri Samir Əbu Yunis Qəzza zolağının Xan-Yunis şəhərinə endirilən İsrail hava zərbəsi nəticəsində öldürülüb.

Bundan başqa, İsrail Müdafiə Qüvvələri və ölkənin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) son bir həftə ərzində Qəzza zolağında keçirdiyi birgə əməliyyatlar nəticəsində 10-dan çox terrorçunun öldürüldüyü və silah istehsalı emalatxanasının məhv edildiyi bildirilib.

İsrail tərəfinin məlumatına əsasən, öldürülən şəxslər arasında 7 oktyabr hadisələri zamanı İsrail ərazisinə daxil olan şəxslər də olub.

Denmedia.az