Geri qayıt Çap et

Günəşdə görünməmiş aktivlik: 26 ilin rekordu təkrarlandı

Günəşdə son sutka ərzində 29 alışma qeydə alınıb. Bu göstərici ən azı 2000-ci ildən bəri müşahidə edilən rekordun təkrarı olub.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin məlumatına görə, bütün alışmalar Günəş diskinin mərkəzində yerləşən 4566 nömrəli Günəş ləkələri qrupunda baş verib.

Denmedia.az