Fransada həyat bahalığına qarşı keçirilən “Sarı jiletlilər” etirazları yenidən şiddətli qarşıdurmalarla müşayiət olunub.
Oktyabrın 31-də paytaxt Paris başda olmaqla, ölkənin bir sıra şəhərlərində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
Türkiyə KİV-in məlumatına görə, Parisdə təhlükəsizlik qüvvələrinə yanıcı maddələr atılıb. Hadisə zamanı ən azı iki polis əməkdaşı qısa müddətə alovların arasında qalıb.
Etirazçıların təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya girdiyi küçələrdə güclü tüstü müşahidə olunub. Polis nümayişçilərə müdaxilə edib.
Fransada yaşayış xərclərinin artmasına etiraz edən “Sarı jiletlilər” hərəkatının aksiyaları ölkənin müxtəlif şəhərlərində davam edir.