Apple yenidən dünyanın ən bahalı şirkəti adını qazandı. Texnologiya nəhənginin bazar kapitallaşması 5 trilyon dollar həddini keçdi.
Bloomberg agentliyinin məlumatına görə, Apple-ın bazar dəyəri 5,03 trilyon dollara çatdı. Bununla da şirkət dünyanın ən yüksək bazar dəyərinə malik şirkətləri siyahısında yenidən birinci yerə yüksəldi.
Agentliyin məlumatına əsasən, mikroçip istehsalçısı Nvidia-nın bazar kapitallaşması 4,93 trilyon dollar təşkil etdi.
KİV-in məlumatına görə, Apple maliyyə bazarlarında baş verən dəyişikliklər fonunda rəqibini geridə qoyaraq lider mövqeyini geri aldı.