ABŞ-da dünyaya gələn Papa XIV Leo noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərində poçt vasitəsilə səs verib.
Bu barədə Vatikanın Mətbuat Xidməti məlumat yayıb.
ABŞ vətəndaşlığını qoruyan Papa seçkilərdə iştirak etmək üçün oktyabrın 3-də İllinoys ştatının seçki orqanlarından səsvermə bülleteni tələb edib.
İlkin məlumatlarda onun doldurulmuş bülleteninin seçki rəsmilərinə hələ çatmadığı bildirilirdi. Lakin oktyabrın 30-da Vatikan Papanın poçt vasitəsilə səs verdiyini rəsmən təsdiqləyib.
Bununla da XIV Leo ABŞ seçkilərində səs verdiyi məlum olan ilk vəzifədəki Papa kimi tarixə düşüb.
Vatikanın açıqlamasında bildirilib ki, Papa vətəndaşların demokratik proseslərdə iştirakını həm hüquq, həm də vəzifə hesab edir.