Geri qayıt Çap et

Edamdan sağ çıxan qadın danışdı: “Hər an ağrı çəkirəm”

ABŞ-ın Tennessi ştatında ölümcül inyeksiya ilə edam edilməyə çalışılan, lakin sağ qalan Krista Payk başına gələnlərlə bağlı ilk dəfə açıqlama verib.

Sentyabrın 30-da həyata keçirilən edam cəhdi zamanı qadına ölümcül preparatdan iki doza vurulsa da, o, həyatını itirməyib.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən Payk müalicə aldıqdan sonra yenidən həbsxanaya qaytarılıb.

50 yaşlı qadın edam cəhdindən sonra davamlı ağrılar çəkdiyini bildirib.

Onun sözlərinə görə, xəstəxanada özünə gəldiyi vaxtdan bəri ağrıları dayanmır.

“Həmin gecədən bəri bir an belə ağrısız keçməyib. Bədənim, qollarım, əllərim və boğazım ağrıyır. Hələ də danışmaqda çətinlik çəkirəm”, – deyə Payk bildirib.

Qeyd edək ki, Krista Payk 1995-ci ildə törədilmiş qətlə görə ölüm cəzasına məhkum edilib.

Denmedia.az