Fransada 2027-ci il prezident seçkiləri öncəsi sol-mərkəzçi qüvvələrin namizədi müəyyənləşib. Avropa Parlamentinin deputatı və “Place Publique” hərəkatının təsisçisi Rafael Qlükksmann praymerizdə qalib gəlib.
“Le Monde” xəbər verir ki, Qlükksmann səslərin 66,13 faizini toplayıb. Sosialist Partiyasının lideri Olivye For 14,48 faizlə ikinci, 2007-ci ildə Fransa prezident seçkilərinin ikinci turuna yüksəlmiş Seqolen Ruayal isə 7,62 faizlə üçüncü olub. Səsvermədə 120 mindən çox insan iştirak edib.
Qlükksmannın qələbə gecəsi isə insidentsiz ötüşməyib. Parisdə tərəfdarları ilə nəticələri qeyd etdikdən sonra taksiyə minmək üçün küçəyə çıxan siyasətçinin üzərinə naməlum şəxs un səpərək hadisə yerindən qaçıb.
Qeyd edək ki, Rafael Qlükksmannın babası Rubin Qlükksmannın sovet kəşfiyyatı ilə əməkdaşlıq etdiyi barədə məlumat 2026-cı ildə Fransada yayımlanan sənədli filmdə üzə çıxıb.