Dəniz səviyyəsinin yüksəlməsi və sahilyanı ərazilərdə daşqınların daha tez-tez baş verməsi dünyanın bir çox böyük şəhəri üçün təhlükə yaradır.
“Swiftest” şirkətinin həmtəsisçisi Matthew H. Nash tərəfindən hazırlanan araşdırmaya görə, lazımi tədbirlər görülməzsə, 26 şəhər qarşıdakı 100 il ərzində ciddi su basqınları ilə üzləşə bilər. Bəzi ərazilərin isə yaşayış üçün yararsız hala düşməsi ehtimal edilir.
Araşdırmada Türkiyənin iki böyük şəhərinin də adı çəkilib. İstanbul risk siyahısında 5-ci, İzmir isə 6-cı yerdə göstərilib.
Hər iki şəhərin sahilyanı ərazilərinin dəniz səviyyəsinin yüksəlməsi və mümkün daşqınlardan təsirlənə biləcəyi qeyd olunub.
NÖVBƏTİ 100 İLDƏ RİSK ALTINDA OLAN 26 ŞƏHƏR
Araşdırmada aşağıdakı şəhərlərin adı yer alıb:
Amsterdam – Niderland
Honolulu – ABŞ
Dublin – İrlandiya
Yeni Orlean – ABŞ
Kopenhagen – Danimarka
Əbu-Dabi – Birləşmiş Ərəb Əmirlikləri
Vankuver – Kanada
Dubay – Birləşmiş Ərəb Əmirlikləri
Lissabon – Portuqaliya
Boston – ABŞ
Sidney – Avstraliya
İsgəndəriyyə – Misir
Mayami – ABŞ
San-Fransisko – ABŞ
Hoşimin – Vyetnam
Dəkkə – Banqladeş
London – Böyük Britaniya
Cakarta – İndoneziya
Banqkok – Tailand
Kəlkətə – Hindistan
İzmir – Türkiyə
İstanbul – Türkiyə
Osaka – Yaponiya
Nyu-York – ABŞ
Mumbay – Hindistan
Tokio – Yaponiya
Araşdırmada bildirilir ki, bəzi şəhərlərdə sahillərin mühafizəsi və daşqınların qarşısının alınması üçün layihələr həyata keçirilir. Digər şəhərlərdə isə zəruri tədbirlərin görülməsində çətinliklər yaşanır.
Mütəxəssislər iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin yüksəlməsinin xüsusilə əhalisi sıx olan sahilyanı şəhərlər üçün uzunmüddətli risk yaratdığını vurğulayırlar.