Geri qayıt Çap et

Pezeşkian Trampı tənqid etdi: “Hansı sözünə inanaq?”

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranla bağlı mövqeyini tez-tez dəyişdirdiyini bildirib.

Pezeşkianın sözlərinə görə, Tehran Trampın hansı bəyanatını əsas götürməli olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.

“O, hər gün yeni bir şey deyir. Bir gün İranı məhv etmək istədiyini bildirir, başqa bir gün isə bizim İranın dostu olduğumuzu deyir. Bir gün bizi qəbul etdiyini, digər gün isə qəbul etmədiyini söyləyir”, – Pezeşkian bildirib.

İran Prezidenti əlavə edib ki, bu səbəbdən Tehran Trampın hansı açıqlamasına inanmalı və hansı mövqeyinə əsasən hərəkət etməli olduğuna əmin deyil.

Denmedia.az