Liviyada hüquq-mühafizə orqanları üzərində ölkənin keçmiş lideri Müəmmər Qəddafinin təsviri olan on minlərlə ekstazi həbi müsadirə edib.
Məlumata görə, həblərin hər birinin üzərində Müəmmər Qəddafinin portreti əks olunub.
Hüquq-mühafizə orqanları narkotik vasitələrin mənşəyinin, ölkəyə necə gətirildiyinin və hansı kanallarla yayılmasının müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlayıb.
Müəmmər Qəddafi Liviyaya 40 ildən artıq rəhbərlik edib. O, 2011-ci ildə hakimiyyətdən devrilib və öldürülüb.