Geri qayıt Çap et

Tramp 2020-ci ili xatırlatdı – “Mən qalib gəlsəydim, bunlar baş verməzdi”

ABŞ Prezidenti Donald Tramp Britaniyanın “GB News” telekanalına müsahibəsində Ukraynada döyüşlərin başa çatmasına nail olmaq istədiyini bildirib. Trampın bu fikirləri sentyabrın 4-də yayımlanan xəbərlərdə də yer alıb.

“Mən sadəcə müharibənin bitməsini istəyirəm. Bu, çox sadədir. Bunun sonunu görmək istəyirəm. Mən səkkiz müxtəlif münaqişəyə son qoymuşam”, – Tramp deyib.

ABŞ lideri həmçinin bildirib ki, 2020-ci ildə yenidən prezident seçilsəydi, hazırkı böhranın qarşısını almaq mümkün olardı.

Onun fikrincə, rəhbərlik etdiyi administrasiya Ağ Evin əvvəlki komandası dövründə baş verən eskalasiyaya imkan verməzdi.

Denmedia.az