Geri qayıt Çap et

Koçaryan ailəsinə qarşı əməliyyat: Sedrak Komitəyə aparıldı

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryan Antikorrupsiya Komitəsinə aparılıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Koçaryanın evindədirlər və hüquq-mühafizə orqanları evdə axtarışları davam etdirirlər.

Məlumata görə, Koçaryan ailəsinin üzvləri də hazırda evdədirlər.

Denmedia.az