Geri qayıt Çap et

Zelenskidən diplomatik korpusda dəyişiklik: Olqa Stefanişina vəzifədən azad olundu

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Olqa Stefanişinanı vəzifəsindən azad edib.

Müvafiq fərman Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Sənəddə qeyd edilir:

“Olqa Vitaliyevna Stefanişina Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin.”

Səfirin vəzifədən azad edilməsinin səbəbi və onun yerinə kimin təyin olunacağı barədə hələlik əlavə məlumat verilməyib.

Denmedia.az