Geri qayıt Çap et

Telegram rəhbəri üçün ən ağır ssenari: Durovu ömürlük həbs gözləyə bilər

Telegram administrasiyasının rəhbəri Pavel Durov Rusiyada terror fəaliyyətinə yardım göstərməkdə təqsirli bilinərsə, ömürlük azadlıqdan məhrum edilə bilər.

Yayılan rəsmi məlumatda bildirilib ki, ona qarşı Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi ilə cinayət işi çərçivəsində ittiham irəli sürülüb.

Həmçinin Pavel Durovun beynəlxalq axtarışa verildiyi qeyd olunub.

Hazırda söhbət ittihamdan gedir və onun təqsirli olub-olmaması məhkəmə qərarı ilə müəyyənləşdirilməlidir.

Denmedia.az