Böyük Britaniyanın keçmiş baş naziri Kir Starmerin tərəfdarları hazırkı hökumət başçısı Endi Börnemə qarşı “qisas payızı” hazırlayırlar. Buna yeni baş nazirin həyata keçirdiyi genişmiqyaslı kadr dəyişikliklərinin səbəb olduğu bildirilir. Börnem iyulun 20-də Starmeri əvəzləyərək baş nazir vəzifəsinə başlayıb.
“Daily Mail” nəşrinin məlumatına görə, Starmerin tərəfdarları vergi siyasətini nəzarətdə saxlamağı planlaşdırırlar.
Onlar həmçinin qarşıdan gələn büdcə təqdimatı ərəfəsində yeni hökumətin “iqtisadi səriştəliliyini” qoruyub saxlamasını təmin etmək üçün parlament qrupu yaratmaq niyyətindədirlər.