Geri qayıt Çap et

“Bəxtləri gətirib ki, dostlarıyam”: Tramp Avropaya tarif hədəsindən sonra bunu dedi

ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərinə ünvanladığı mesajla diqqət çəkib.

Fransanın LCI telekanalının jurnalisti Sonia Dridi telefon müsahibəsi zamanı Trampdan Avropa ölkələrinə nə demək istədiyini soruşub.

“Onların bəxti gətirib ki, mən onların dostuyam”, — deyə ABŞ lideri cavab verib. Müsahibədən həmin hissə jurnalistin “X” hesabında yayımlanıb.

“Gazeta.ru”nun məlumatına görə, bundan əvvəl Tramp “Google” şirkəsinə təxminən 1 milyard dollar məbləğində cərimə tətbiq edilməsinə cavab olaraq Avropa mallarına yüksək gömrük rüsumları qoyacağını açıqlamışdı.

ABŞ Prezidenti Avropanın Amerikanın yüksək texnologiya şirkətlərinə qarşı “son dərəcə ayrı-seçkilik xarakterli siyasət” yürütdüyünü iddia edib.

Nəşr həmçinin yazır ki, Tramp bu həftə Meksika və Kanadaya qarşı da yüksək tariflər tətbiq etməklə hədələyib.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev isə məsələni şərh edərkən Avropa İttifaqı ölkələrinin ABŞ liderini qəzəbləndirdiyini bildirib.

Denmedia.az