Geri qayıt Çap et

Banqladeş Prezidenti postundan getdi

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu səhhətindəki problemlərlə əlaqədar istefa verib. Bu barədə bdnews24 məlumat yayıb.

Prezident qərarının artıq hamıya məlum olduğunu bildirib:

“İstefa vermək qərarım artıq hamıya məlumdur. Bunu mənim dilimdən eşitməyin nə mənası var? Xəstəyəm, buna görə də hər şey bitdi”, – o deyib.

Banqladeş parlament kompleksində saat 17:00-da media üçün brifinq keçiriləcək. Brifinq zamanı dövlət başçısının istefasının qəbul edildiyi rəsmən elan olunacaq.

Şahabuddin Çuppu 2023-cü ildə “Avami Liq” partiyasının namizədi kimi Banqladeş Prezidenti seçilmişdi. Sözügedən partiya 2024-cü ildə hakimiyyət dəyişikliyindən sonra qadağan edilib.

Banqladeşdə prezidentin səlahiyyətləri əsasən simvolik və mərasim xarakteri daşıyır. İcra hakimiyyəti isə baş nazirə və hökumətə məxsusdur.

Denmedia.az