Geri qayıt Çap et

HƏMAS-da boş qalan rəhbər vəzifəsinə kim gətirildi?

Fələstinin HƏMAS hərəkatının liderlərindən Xəlil əl-Həyya təşkilatın siyasi bürosunun yeni rəhbəri seçilib.

Bu barədə HƏMAS-ın rəsmi “Telegram” kanalında yayımlanan bəyanatda bildirilib.

“HƏMAS Xəlil əl-Həyyanın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini elan edir”, – açıqlamada qeyd olunub.

İyulun 18-də “Al Hadath” telekanalı mənbələrə istinadən HƏMAS-da yeni siyasi büro rəhbərinin seçilməsi üçün səsvermə keçirildiyini xəbər vermişdi.

HƏMAS-da bu vəzifə Yəhya Sinvarın 2024-cü ilin oktyabrında İsrail zərbəsi nəticəsində öldürülməsindən sonra boş qalmışdı.

Denmedia.az