Geri qayıt Çap et

“Bu təcavüz cavabsız qalmayacaq”: Husilər Səudiyyə Ərəbistanını hücumda ittiham etdi

Yəməndə husilər Səudiyyə Ərəbistanı ordusunun Səna Beynəlxalq Hava Limanına zərbələr endirdiyini açıqlayıblar.

Associated Press-in məlumatına görə, husilərin hərbi nümayəndəsi Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanının bu addımı gərginliyin azaldılması mərhələsinə son qoyub.

“Bu təcavüz cavabsız qalmayacaq”, — deyə o vurğulayıb.

Agentlik qeyd edir ki, hazırda Səna hava limanı və ona yaxın ərazilərdən insanların təxliyəsi aparılır.

AP-nin yazdığına görə, Səudiyyə Ərəbistanı ilə Yəmən husiləri arasında gərginlik son günlər ABŞ və İran arasında müşahidə olunan eskalasiya fonunda artıb.

DenMedia.az