Geri qayıt Çap et

İstanbul sülhü niyə alınmadı? Kurtulmuş səbəb göstərdi

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqların sülh istəməyən bəzi ölkələr tərəfindən pozulduğunu iddia edib.

O, bu barədə NATO ölkələri parlamentlərinin sammitinin açılışında çıxışı zamanı danışıb.

Kurtulmuş həmin ölkələrin adını birbaşa çəkməsə də, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenskiyə sənədi imzalamağa mane olduğunu, həmçinin Fransa nümayəndələrinin də buna qarşı çıxdığını bildirib.

“Bu binadan bir neçə yüz metr aralıda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilirdi. O zaman onlar sülh sazişinin demək olar ki, yekun variantının qaralama mətnlərini imzalamışdılar. Təəssüf ki, həmin dövrdə yaranmış şərait və sülh istəməyən bir sıra ölkələr səbəbindən saziş imzalanmadı”, — deyə Kurtulmuş qeyd edib.

DenMedia.az