Geri qayıt Çap et

ABŞ senatoru İranın “tamamilə məhv edilməsini” istədi

ABŞ senatoru Con Kennedi Vaşinqtonun İrana qarşı sona qədər getməli və ölkəni tamamilə məhv etməli olduğunu bildirib.

Bu barədə o, Fox News telekanalına açıqlamasında deyib.

Qanunvericinin fikrincə, ABŞ atəşkəs üçün müəyyən edilmiş müddət başa çatdıqdan dərhal sonra İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməlidir.

“Biz onları tamamilə udmalı və sümüklərini tüpürməliyik”, — deyə senator bildirib.

Kennedinin sərt çağırışları İran və ABŞ arasında uzunmüddətli hərbi münaqişəyə son qoymalı olan sülh memorandumunun imzalanmasından sonra səslənib.

Sənəddə, digər məsələlərlə yanaşı, dəniz blokadasının aradan qaldırılması qaydaları sərt şəkildə tənzimlənir və Tehranın nüvə silahı yaratmaqdan imtina etməsi ilə bağlı öhdəlikləri müəyyən edilir.

DenMedia.az