ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında kommunizmi ölkə üçün əsas təhlükə hesab etdiyini bildirib. Respublikaçı siyasətçi bu ideologiyanı ABŞ tarixinin ən ağır sınaqları ilə müqayisə edib.
“Kommunizm ölkəmiz üçün Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, Perl-Harbor və ya 11 sentyabr terror aktlarından bəri ən böyük təhlükədir”, — deyə Ağ Ev rəhbəri yazıb.
Bununla yanaşı, Tramp daha əvvəl bildirmişdi ki, əgər vətəndaşlara pulsuz mənzil və yemək vəd etsəydi, tarixin “ən böyük kommunisti” ola bilərdi. ABŞ liderinin sözlərinə görə, bu cür model sonda dövlətin iqtisadi çöküşü və əhalinin kütləvi yoxsullaşması ilə nəticələnir.