Geri qayıt Çap et

Tramp ABŞ-ı “seçkiləri olan üçüncü dünya ölkəsi” adlandırdı

ABŞ Prezidenti Donald Tramp ölkəsini “seçkiləri olan üçüncü dünya ölkəsi” adlandırıb. Ağ Ev rəhbəri bu fikirləri Amerika mühafizəkar siyasi dairələrinin konfransında çıxışı zamanı səsləndirib.

“Kaliforniyada səsləri həftələrlə sayırlar. Siz də bilirsiniz, onlar nə edirlər. Saxtakarlıq edirlər. Biz seçkiləri olan üçüncü dünya ölkəsiyik”, — deyə respublikaçı siyasətçi bildirib.

Bundan əlavə, Tramp ABŞ Konqresinin Senatındakı partiyadaşlarını seçkilərdə yalnız Amerika vətəndaşlığını təsdiqləyən sənəd təqdim edildikdən sonra səs verməyə icazə verən qanun layihəsinin mümkün qədər tez qəbuluna nail olmağa çağırıb.

ABŞ Konqresinə aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Həmin seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü iki il müddətinə, həmçinin 33 senator altı il müddətinə yenidən seçiləcək.

Bundan əvvəl amerikalıların 60 faizdən çoxu Trampı aralıq seçkilərin lazımsız olması barədə sözlərinə görə qınamışdı. Sorğu iştirakçılarının yalnız 14 faizi Ağ Ev rəhbərinin bu bəyanatını müsbət qiymətləndirib, 64 faizi isə onu dəstəkləməyib. Respondentlərin 22 faizi mövqeyini müəyyənləşdirməyib.

DenMedia.az