ABŞ Tayvan məsələsində yanlış yanaşma sərgiləyərsə, Çinlə birbaşa toqquşmaya, hətta münaqişəyə səbəb ola bilər. Bu barədə Çinin Vaşinqtondakı səfirliyi məlumat yayıb.
Açıqlama ABŞ Dövlət katibinin Şərqi Asiya və Sakit okean regionu üzrə köməkçisi Maykl Desombrenin Tayvana Amerika silahlarının tədarükü ilə bağlı fikirlərindən sonra verilib.
Çin səfirliyinin mətbuat katibi Lyu Çan bildirib ki, Pekinin Tayvana silah tədarükü məsələsində mövqeyi dəyişməz olaraq qalır. Onun sözlərinə görə, Çin ABŞ-ın bu cür addımlarına ardıcıl şəkildə qarşı çıxır.
Diplomat vurğulayıb ki, Tayvan məsələsi Pekin və Vaşinqton münasibətlərində əsas mövzulardan biridir və ikitərəfli əlaqələrin bütün kompleksinə təsir göstərir.